Partiya Emblemi Fəlsəfəsi

Qurulması Haqqında Bildiriş

Partiyanın  Proqramı

Məktub Yazmaq


VƏTƏNSEVƏRLƏR PARTİYASI
PROQRAMI


BİRİNCİ HİSSƏ
MÖVCUD STRUKTUR


Mövcud Nazirliklər ilə həll edilməsi , düzənlənməsi və / və ya yenidən düzənlənməsinə ehtiyac olan mövzular Vətənsevər Partiyası Proqramı çərçivəsində ;

1. Müstəqillik və Azadlıqlar ,
2. Can və Əmlak Təhlükəsizliyi,
3. İş,
4. Yaşayış yeri,
5. Səhiyyə və Dərman,
6. İş Şəraiti və Həyat Səviyyəsini Yaxşılaşdırma,
7. Təhsil və Tədris,
8. Mədəniyyət və Turizm,
9. İdman , başlıqları altında ələ alınmışdır.

Müstəqillik və Azadlıqlar.

Maddə 1.


Türk Vətənsevərləri , Mustafa Kemal Atatürkün övladları olaraq , ölkə içində Milliyətçi , Dövlətçi , Xalqçı , Dünyavi, Cumhuriyyətçi , İnqilabçı, Mərkəziyyətçi ,Demokratçı və Çağdaş Hüquqa sahib bir idarəetmə anlayışı olan Millət Dövlətinin siyasətini müdafiə etməkdə , ölkə xaricində isə Tük Milləti adına Milli bir duruş göstərmək düşüncəsindədir. Bunu həyata keçirmək üçün hər sahədə Tam Müstəqil və Azad olmaq ilk şərtdir.

1.1. Millət mənfəəti, dövlətin birliyinə , bütünlüyünə , cumhuriyyətin təməl dəyərlərinə sahib çıxan siyasət , Türkiyə Böyük Millət Məclisində hakim olmalı , bunu həyata keçirmək üçün ;Türk Millətinin ehtiyaclarından doğduğu təsbit edilən qanunlar xaricindəki bütün xarici mənbəli qanunlar yenidən düzənlənməli , yüksək Türk ədalətinin zaman aşımına uğramadan hər topluluğa tədbiq edilməsi baxımından toxunulmazlıqlar qaldırılmalıdır.

1.2. Hər nazirlikdəki nəzarət mexanizmi araşdırılmalı ,keçmişdəkilər daxil bütün vəzifədən sui istifadələrin üzərinə gedilməli , bir “ üst nəzarət “ qurumu yaradılmalıdır. Bu qurum eyni zamanda keçmişdə ölkənin mənfəətiləri əleyhinə özəlləşdirilmiş qurumları yenidənqurmalı , qurulandan sonra ehtiyac olarsa ,gerçəkləşəcək özəlləşdirmələrdə də Türkiyə Cumhuriyyətinin mənfəətlərini qorumalıdır. Bu yolla talan edilməsi əngəllənən dövlət əmlakı mənbələrindən itkisi önlənən gəlir , Türk Milləti üçün faydalı bir tərzdə istifadə edilməlidir.
Nazirliklərin alt qurumlarının strukturu deyişdirilməli , bütün üst qurum sistemi, Diyanət İşləri Başkanlığı ilə Bələdiyyələrin səlahiyyət və vəzifələri ,idarəetmə durumları yenidən düzənlənməlidir.

1.3. Bütün dövlət dairələrinə proqram etibarı ilə cəsarətlilik qazandırmalı və yenidən qurulmalıdır. Hər nazirliyin “Esas Nazirlik” və “ Şöbə Nazirlikləri” kimi bütün səviyyələrinə həmin qurumun öz içində bəlli kriteriyalara görə haqq qazanan insanlar gətirilməli ,dövlətin dəyişik səviyyələrində işə alınma , ilərləmə pillələrində şərt qoyulan dil imtahanları qaldırılmalıdır.

1.4. Mətbuat və televiziya mediasının müstəqillik və azadlığının önündəki əngəllərdən biri sənaye və ticarətlə iç içə olan sərmayədarlar tərəfindən satın alınması ,ikinci isə siyasi özbaşına təzyiqinə məruz qalmasıdır.Bu səbəblə medianı bu mövzularda qoruyan qanuni düzənləmələrə gedilməli , böyük izlənmə/ oxunma faizi olan media və yayım qurumlarının satışlarının milli mənfəətlər istiqamətində olub olmadığını nəzarət edilməlidir. Çünki media demokratik qrupların yönləndirici və aydınlatıcı güclərindən biridir.

1.5. Mətbuat və televiziya mediasının öz daxilində nəzarət qurumu yaradılmalı , haqsız xəbərlərin yayımlanması, medianın gücünün mənfi yöndə istifadəsi – Türkiyə Cumhuriyyətinin Milli mənfəətlərinə , Milli varlığına qəsd edici ,pul ya da mənfəət qarşılığında məqsədli xəbərlər də daxil olmak üzərə fərdi , təşkilati mənfəətlər istiqamətində , təhdit ünsürü olaraq istifadəsi , müsbət məqsədli olaraq yanlış yönləndirmə və s.- vəziyyətlərdə qanuni tərtiblərlə də dəstəklənəcək işlərdə olmalıdır.

1.6. Mətbuat və televiziya media işçilərinin insanca həyat səviyyəsinə sahib olmaları , cəmiyyətin azad xəbər alma haqqı ilə birlikdə düşünülməlidir. Bu səbəblə iş şəraitləri düzənlənməli və insan ləyaqətinə uyğun maaş almalarını təmin edilməlidir. Xəbər mənbələri və media sahibləri qarşısında mətbuat və televiziya mediası işçilərinin azad kimliyinin qorunması təmin edilməlidir. Demokratik qrupların təşkilatlı qrup olduğu gərçəyindən hərəkətlə , mətbuat və televiziya media işçilərinin təşkilatlanmalarının önündəki bütün təhditlər qaldırılmalı, işçilərin ixtisaslı təşkilatlanması mövzusunda hər cür rahatlıq göstərilməlidir.

1.7. Media kartı sahibi mediada ən az beş il iş təcrübəsi olan 25 media mənsubu bir araya gəlib ,media və yayım qurumları qurmaq istədiklərində dövlət bu təşəkkülün xərclərini dəstəkləməlidir. Ancaq yayım siyasətləri Türkiyə Cumhuriyyətinin milli mənfəətlərinə ,milli varlığına qəsdedici , qanuna zidd olmamalıdır.

1.8. Könüllü müxbirlərin xəbərlərini pul tələb etmədən verəbiləcəkləri , alt strukturu- informasiya alt strukturu və fiziki məkan olaraq- dövlət tərəfindən hazırlanan bir xəbər mərkəzi qurulmalıdır.Bu mərkəz də bu xəbərləri bütün Anadolu media və yayım qurumlarına qiymətsiz olaraq istifadə haqqı verməli ,beləliklə də xəbərin azadlaşdırılması , siyasət ya da maliyyə strukturundan uzaqlaşdırılması təmin olunmalıdır.Ancaq yayım siyasətləri Türkiyə Cumhuriyyətinin milli mənfəətlərinə ,milli varlığına qəsdedici , qanuna zidd olmamalıdır.

1.9. Milli Müdafiə Nazirliyinin adı “ Türk Savaş Bakanlığı “ olmalı və ;

1.9.1. Türk Milləti əleyhinə olan iqtisadi hərəkətləri nəzarət altında saxlamaq və görüş bildirmək.

1.9.1. Türk Milləti əleyhinə olan siyasi hərəkətləri nəzarət altında saxlamaq və görüş bildirmək.

1.9.1. Türk Milləti əleyhinə olan mədəniyyət və təhsilin məruz qalacağı hərəkətləri nəzarət altında saxlamaq və görüş bildirmək.

1.9.1. Türk Silahlı Qüvvətlərinin siyasi cinahını yaratmaq- indiki Milli Müdafiə Nazirliyinin vəzifəsi-vəzifəsini ifa etməli , AB ,ABŞ və s.müstəmləkəçi xarici güclərin Türklərə qarşı xain əməlləri püskürdülüb ,itirilmiş cəbhələr qazanıldıqdan sonra adı tekrar “Türk Savunma Bakanlığına” dönüşdürülməlidir.

1.10. Türk dövlətləri ilə hərbi informasiya alış-verişi gerçəkləşdirilməli , ortaq tədbiqatlar planlanıb həyata keçirilməlidir.

1.11. Türk dövlətləri ilə ortaq hərbi sənaye qurulmalıdır.

1.12. Hər Türk dövlətində ən az bir dənə olmaq üzərə beşinci səviyyə təmir mərkəzi açılmalı bu mövzuda Türk Silahlı Qüvvətləri yol göstərici olmamalıdır.

1.13. Hərbi Litsey , Savaş Məktəbləri və Savaş Akademiyalarında hər Türk dövlətinə iqtisadiyyatımızın və Türk Silahlı Qüvvətlərinin təhsil/tədris proqramının əlverdiyi ən çox sayda tələbə kontenjanı ayrılmalı , Türk dövlətlərində də özəl birlik təhsil alayları qurulmalıdır.Bunun Türk dövlətlərinin yaxınlaşması, bir-birinin anlaması ,bir bedenin parçaları olduğunu hissetməsi ,hərbi tərəfdən bir-birini anlama və bütün Türklərin yol başı Mustafa Kemal ATATÜRKün əsərlərini yerində görmə ,onun hər sahədəki modellərini sahib çıxma mövzusunda əhəmiyyətli dərəcədə faydaları olacaq.

Can və Əmlak Təhlükəsizliyi

Maddə 2.


2.1. Günümüzdə, ayrılıqçı teror, iqtisadi səbəblərdən müstəqil ,bütünüylə siyasi mahiyyətdədir və son hədəfləri ölkənin bölünməsindən yanadır. Türkiyə torpaqlarında türkləri işğalçı görmə kimi xəstəlikli bir düşüncəyi müdafiə edir. Son hədəflərini bilə-bilə siyasi həll axtarmaq terorizmin işinə yarayacaqdır. Çünki hərbi üsullarla bu işi bacarmayacaqlarını anlayan ayrılıqçı güclər , son hədəflərinə çatmaq üçün yeni taktika olaraq öncə siyasi mücadiləni seçmişlər, bunun arxasınca sıra əyalət sistemini gerçəkləşdirmək istəyəcəklər.Arxasından da müstəqilliklərini elan etməyi düşüncəsindədirlər. İndi bu adımları bilərək siyasi həllər axtarmaq , bu qatillərlə söhbət etmək və görüşmək , sözlərini ciddiyə almaq vətənə xəyanətə bərabərdir.Türkiyə Cumhuriyyətinə qəsd etmək məqsədilə silahlı olaraq dağa çıxan güclər Türkiyə Cumhuriyyətinin düşmanıdır, özlərinə seçdikləri bu yolla cavab verilməlidir.Qısaca silahı ilə hücum edənlərə cavab hərbi üsulladır.

2.1.1. PKK Kordinatorluğu ,AB kimi xarici mənbəli , dövlətin əleyhinə işləyən qurulmuş sistemlər qaldırılmalıdır.

2.1.2. Türkiyə Cumhuriyyətinin esas dəyərlərini , Milli birlik və bütünlüyünü sağlamlaşdıracaq tərzdə ayrılıqçı teror bitirilməli , bu mücadiləyə ayrılan mənbələr Türkiyə Cumhuriyyəti iqtisadiyyatına daşınmalıdır.

2.2. Türk Mühafizə Güclərinin əlini qolunu bağlayan qanunlar kimi xarici mənbəyə bağlı olaraq dəyiştirilən qanunlar təkrar gözdən keçirilməli , Türk Mühafizə Gücləri ətalətdən xilas olmalıdır.

2.3. Özəl Müdafiə Vəzifəliləri məktəb sonrası 8 ay davamlı təhsil almalı ,yarı idarə vəzifəlisi statusu ilə sicil sistemi gətirilməli və sicilləri Türk Mühafizə Güclərində olduğu kimi dəyərləndirilməlidir.

2.4. Türk Mühafizə Gücləri Türk dövlətləri ilə tələbə ,təhsil ,informasiya alışverişi üçün sıx işbirliyinə girməlidir. Təsbit ediləcək bəlli dövrlərdə heyət dəyişmələri həyata keçirilməlidir.

İş.

Maddə 3.


“Arkadaşlar yeni Devletimizin, yeni hükümetimizin tüm program çalışma esasları ekonomi programından çıkmalıdır, çünkü her şey bunun içinde saklıdır. Bu nedenle evlatlarımıza o doğrultuda ilim ve kültür vermeliyiz ki ticaret, tarım ve sanat dünyasında ve bütün bunların çalışma alanlarında yararlı, etkili, çalışkan ve yaratıcı olsunlar. Bunun için eğitim programlarımız ve Devlet kurumları ve birimleri için planlanacak olan programlar ekonomi programına dayanmak zorundadır. Esaslı bir program üzerinde tüm ulusu uyumlu olarak çalıştırmak gerekir”

Mustafa Kemal ATATÜRK (1923 İzmir iqtisadiyyat kongresi.)

İqtisadiyyatın bir ölkənin onurğa sütunu olduğu və iqtisadiyyatda tam müstəqillik təmin etmədən millətlərin müstəqil ola bilməyəcəyi bilinci ilə; Mustafa Kemal Atatürkün vurğuladığı kimi bütün proqramlarımızı iqtisadi proqramına əsaslandırarkən , iqtisadi proqramımızı da Mustafa Kemal Atatürkün prinipləri istiqamətində qurduq. Ölkənin çağdaş ,istiqrarlı , inkişaf edən ,haqlı bir gəlir bölgüsü ilə yüksək həyat səviyyəsi reallaşdığı ,əsarət altına alınmamış bir iqtisadiyyata sahib olması üçün lazımlı şəraitin , prinsipləri bazar şəraitindəki ölkələrdən mənfi istifadə edən müstəmləkəçi ölkələrin bazarlarına tədbiq ettiklərini/tədbiq ettirdiklərini həyata keçirmək deyil , Mustafa Kemal Atatürkün müstəqillik yolunun izlənməsi olduğunu bilirik.

Mustafa Kemal Atatürkün Milliyyətçiliyinin əsası , Türk Milliyətçiliyidir və bütün siyasətlərin üstündədir, bu Milliyyətçilik anlayışı vətənini sevən , köklərinə baxmayaraq “Nə mutlu türküm deyənə” deyəbilən , vətəninə xidmət edən hər kəsi Türk qəbul edən anlayışdır. Bu çağdaş Milliyətçilik anlayışı , keçmişdə / hal-hazırda olduğu kimi gələcəkdə də işğalçı güclərin önündəki ən böyük təhlükədir. Bu səbəblə iqtisadiyyat anlayışından siyasət, cəmiyyət ,hərb, mədəniyyət anlayışına qədər bütün sahələrdəki Mustafa Kemal Atatürk prinsipləri silinməyə , Türkiyə Cumhuriyyəti tam təslim alınmaya çalışılmaqdadır , çünki bu prinsiplərin bilinməsi , tədbiq olunması , digər ölkələrə örnək olması işğalçılığın önündəki ən güclü düşmandır. Işğalçı güclərin daxilində böyüyən tröstlər ,Milli olan hər şeyi , mərkəziyyətçi (unitar) millət dövlətlərini ;inkişaflarını azğınca istifadə etmələri önündəki ən böyük əngəl olaraq görməkdədirlər, hələ də ən geniş yerüzü coğrafiyasına yayılmış tək millət olan Türk Milləti ,tröstlərin gələcəklərinin kabusu olmaya namizəddir, bir də yolları Mustafa Kemal Atatürkün yoluysa tröstlərin gördüyü kabus rahatlıqla gerçəyə dönəcək və işğalçı güclər bunun bilincindədir.

Türk Vətənsevərləri olaraq bütün Milli sərmayəni ,xüsusilə Milli xarakterli kiçik və orta ölçülü sənaye dəstəkləyib , təşviq edərək, Milli iqtisadiyyatı canlandırmanı , beləliklə də iş sahələri qurub işsizliyi azaltmağı hədəflərkən ,insanların çalışacaqları işə görə təhsil almaqlarını təmin edib, çalışanların məlumat keyfiyyətini yüksəltməsi məqsədləməkdəyik.

“Devletçiliğin bizce anlamı şudur: kişilerin özel teşebbüslerini ve şahsi faaliyetlerini esas tutmak, fakat büyük bir milletin ve geniş bir memleketin ihtiyaçlarını ve çok şeylerin yapılmadığını göz önünde tutarak, memleket ekonomisini Devletin eline almak.”

“Prensip olarak Devlet, kişilerin yerine geçmemelidir, fakat ferdin gelişmesi için genel şartları göz önünde bulundurmalıdır.”

“Zaruret olmadıkça piyasalara karışılmaz, bununla beraber hiçbir piyasa da başıboş değildir.”

Mustafa Kemal ATATÜRK

Dövlətçilik fərdi sərmayədarlığı inkar etmemekle birlikdə milli mənfəətlər istiqamətindəki qısa ,orta və uzun müddətli planlarına uyğun olaraq iqtisadiyyatı yönləndirməlidir.

Qloballaşma tələsinin arxasındakı azğın işğalçı tröstlər/ dövlətlər işğal etdiyi ölkələrdə işbirlikçi hökümətlər qurmaqda , mətbuat və televiziya mediasının bir hissəsini satın almaqda , ölkələrin yeraltı/ yer üstü zənginliklərini talan etməkdə ,iqtisadiyyatın hər sahəsini özü istədiyi kimi tənzimləməkdə və çox qısa zamanda ölkələri kölələşdirməkdədirlər və heyif ki Türkiyənin mənzərəsi indi belədir.

“Türkiye Cumhuriyeti halkını ayrı ayrı sınıflardan oluşmuş değil, fakat kişisel ve sosyal hayat için iş bölümü itibarıyla çeşitli mesleklere ayrılmış bir toplum olarak görmek esas prensiplerimizdendir” 

Mustafa Kemal ATATÜRK

Heç bir maneə olmadan azad seçmə və seçilmə şansına sahib insanların , öz ixtisas qruplarıyla əlaqəli təşkilatlanmalarda da bərabər haqlara sahib olaraq ,öz iqtisadi fəaliyyətlərində sektoru və özü üçün yaxşısını edərkən , dövlətin uzun və qısa müddətli planları istiqamətində digər iqtisadi vahidlərlə bütünləşərək ,iş birliyi içində ölkə iqtisadiyyatının ən əlverişli şəkildə inkişafına kömək etmələri təmin ediləcəkdir.

3.1. Təbii ehtiyatların idarəedilməsi

3.1.1. Ölkəmizdə , yeraltı və yerüstü sərvətlərimiz bu günə qədər əlverişli olaraq istifadə edilməmiş və ya etdirilməmişdir. Sərvətlərimizin çıxarılma və işlətmə haqları xarici ölkələrə verilərək , bu zənginliklərimiz ölkə iqtisadiyyatina sərvət olaraq daşımaq ümüdümüz bütünüylə yox edilməyə çalışılmaqdadır.

Halnuki qızıl ehtiyatı sıralanmasında , dünyada hesablanan 43.000 ton qızıl ehtiyatının 20.000 tonuna sahib olan Cənubi Afrika birinci sırada yer tutarkən , təxminən 6.500 tonla Türkiyə ikinci ,4.770 tonla da ABŞ üçüncü yerdə qərarlaşır.Türkiyənin sahib olduğu 6.500 ton qızıl potensialının dəyəri 70 milyard dollardır, bu potensialı ölkə iqtisadiyyatına verdiyi əlavə dəyər isə 300 milyard dollara yaxın gerçəkləşəcəkdir, yenə bu potensialın yaradacağı birbaşa işdə 6.500 nəfər və dolayı işlərdə isə 105.300 nəfər olaraq işçi təxmin edilməkdədir.
Digər tərəfdən dünya bor mədəni ehtiyatlarının 63%-i Türkiyədədir. Yeni araşdırmaların edilməsiylə Türkiyə bor ehtiyatının iki mislinə belə artacağı iddia edilməkdədir. Türkiyədən sonra ikinci mənbəli ölkə ABŞ olub,dünya ehtiyatlarının 13%-ində bir payı olduğu bilinməkdədir.Ancaq ABŞ ,boru uzun müddətdir sənayenin çeşitli sahələrində istifadə etdiyindən yaxın gələcəkdə bor ehtiyatının tükənməsi təhlükəsi ilə qarşı qarşıyadır.

Türkiyə Cumhuriyyətinin Milli mənfəətləri baxımından bu günə qədərki bütün yeraltı və yerüstü ehtiyatlarının satış müqavilələri təkrar baxılmalıdır, qanuni düzənləmələr tamamlanıb, mümkünsə müqavilələrin pozulması yoluna getməli ,əldəki ehtiyatların satışı əngəllənməli ya da milli mənfəətlər istiqamətində qəbul olunan qanunlar məhdudiyyətləri bildirməli , ayrıca əldə ediləcək gəlirlər qəti yerli idarəetmələrdə deyil ,mərkəzi idarəetmədə toplanmalıdır.

Bununla belə MTA, TPAO kimi qurumlar qanuni düzənləmələrlə gücləndirilməli ,keçmiş dövrdəki yanlış tədbiqlər düzəltilməli , axsadılan/axsatdırılan bütün yararlı olabiləcək işlər yenidən qurulmalı, aktual inkişaflara görə yeni sahələr açılmalı, verimliliyi artırılmalı, sahələrində tək siyasi və iqtisadi güc olaraq işləmələri təmin edilməlidir,çünki bu kimi dövlət qurum və təşkilatları 80 ildir keyfiyyətli işçilər yetişdirmiş, dövlət o səviyyəyə gələnə qədər işçilərə , cihazlara böyük sərmayə qoymuş ,milli mənfəətlər baxımından işsiz buraxmayacaq vəziyyətə gəlmişdir.

3.1.2. II.Dünya Müharibəsindən sonra iqtisadi baxımdan güclü vəziyyətdəki ABŞ, yıxılan Avropaya uzun müddətli kreditlərlə dəstək verərək , dünya ticarətini canlandırmaq üçün İMF-nin, yenidən qurulmasını təmin etmək üçün də Dünya Bankının qurulmasını təmin etmişdir. Bu təşkilatların məqsədi iqtisadi problemlər içində olan uzvlərinə finansman təminatı ,bunu edərkən faiz qazancı qurmaq, eyni zamanda borc verdiyi ölkənin idarəetməsini əlinə alaraq rahat bir bazar halına gətirməkdir. Türkiyə İMF-yə 11 mart 1947-ci il tarixində üzv olmuşdur, 1962-ci ildə ilki edilən stand-by müqavilələri ilə də ölkə iqtisadiyyatının düzəlməsi və verilən borcların geri ödənilməsi üçün riayət edilməli istiqrar proqramları adı altında ,İMF politikaları ilə hökümətlərimizin pul siyasətləri üzərində təyziq etməyə başlanmışdır. Onsuzda dünyaya ümumən baxıldığında da 1980-cı ildən sonra İMF-nin artıq ölkə iqtisadiyyatlarına kömək etməkdən çox iqtisadi siyasətlərini yönləndirməyə çalışan bir qurum halına gəldiyini görürük.Ayrıca təklif olunan istiqrar proqramları , ölkələrdə siyasi istiqrarsızlığın artmasına hətta bu istiqrarsızlığın davamlılıq qazanmasına səbəb olmuşdur.

Türkiyə tərəfdən baxdığımızda 2001-ci ildən etibarən də açıq bir işğal siyasətinin tədbiq edilməyə başladığını görürük, son illərdə hökümətlərin yanlış siyasətlərinin də köməyi ilə işğal tam olaraq gerçəkləşmiş və ölkə iqtisadi anlamda təslim edilmişdir.

Tədavüldə dövr edən pul miqdarının tənzimlənməsi - digər maliyyə siyasətləri,dəyərlər,qiymət artışları, investisiya qərarları ilə koordinasiyalı getdiyi təqdirdə - YTL və valyuta arasında tarazlığı təmin edərək ,iqtisadiyyatı, istehsalçı və istehlakçı üçün tarazlıqda tutabilmək adına müdaxilə etmək ,istiqrarlı bir böyümə və qalxma təmin edə bilmək üçün ən önəmli alətlərdən biridir. Çox açəqdır ki, bu qərarları alıb ,tədbiq edən yönətimlər milli olmaq və ölkə mənfəətlərini nəzarət etmək məcburiyyətindədir.Ancaq heyif ki ,ölkəmizdə bu qərarlar , bizim adımıza İMF tərəfindən verilməkdə və təbii olaraq öz mənfəətlərinə görə iqtisadiyyatımızı yönləndirməkdədirlər. Emissiya həcmi lazım olandan çox olduğunda alıcılıq inflasiyası , az olduğunda isə maliyyə inflasiya problemi ortaya çıxır, tədavül şərtlərinin hər ikisinin istənməyən yönündən də təsirlənməyəcək şəkildə pul təklifinin bəlli olması ,Mərkəz Banklarının esas problemidir.

İMF 2001-ci ilə qədər müxtəlif siyasətlərlə pul təklifinin idarəetməsinə fərqli müdaxilələr edərkən , 2001-ci il fevral böhran sonra daha öncə imzalanmış olan “stand-by” müqaviləsini dəyişən şərtlər altında yenidən şəkilləndirərək ,pul təklifini idarəetməsini bütünüylə özünə xidmət edən hala gətirmişdir.

2001-ci ildə başladılmış sərbəst dalğalı məzənnə tədbiqi ilə pul təklifini məzənnəli dayanma üsulu tərkedilmişdir.İMF kreditinin Xəzinəyə istifadə etdirilməsi ilə ortaya çıxan alışqanlığı çəkmək ya da Mərkəz Bankının Net İç Varlıqlarında olan artışın pul tabanı təsir etməsini önləmək üçün , tədavülə veriləcək valyuta ilə çoxlu YTL.-nin satın alınması ,xarici pulun Türk lirəsinin yerinə oturması ilə də YTL. Emissiya ehtiyacının ortadan qaldırılması istənilir. Beləliklə xarici pulu basan ölkələrə senyoraj haqqı –Mərkəz Banklarının bastığı pulların emissiya maliyyəti ilə pulun üzərində yazan dəyər arasındakı fərqin gətirisi- dövr edilərək ,önəmli bir gəlirdən imtina etməkdə , digər tərəfdən Mərkəz Bankının öz şərtləriylə edəbiləcəyi emissiyanın yerini daha yüksək maliyyəli ,faiz ağırlıqlı olan xarici pul almaqdadır.Bu maliyyəli pul gedərək faizləri artıraraq , istehsal maliyyəsini artırmaqla, idxalatı ixracata görə daha ucuz hala gətirərək ,ölkədə ümumi anlamda sərmayədarın –sənaye ya da kənd təsərrüfatı –istehsalı seçmemesinə səbəb olmaqdadır. Beləliklə istehsalsız bir istehlak iqtisadiyatı ilə xaricə bağlı hala gələn bütün bazarlarımız , müstəmləkəçi/işğalçı güclərə təslim edilmişdir.

Bu işğalı qarşısı ala bilmək üçün hər şeydən əvvəl xarici borclanma tamamen buraxılmalı ,İMF və bənzər xarici finans mənbələri ilə əlaqələrimiz tezliklə kəsilməlidir.Mərkəz Bankı ölkə mənfəətini nəzərə alaraq lazımi emissiya funksiyasını reallaşdırmalı , bazarda milli pul istifadə etməlidir.Hədəfimiz qısa zamanda daxili borclanmanı sıfıra endirməkdir. 

3.1.3. MərkəzBankında pul təklifinin düzənlənmələri və xarici borclanmanın sonlandırılması ilə enəcək faizlərlə , öncədən görülən genişləyən emissiya həcmiylə ,bankçılıq sektoru rahatlanaraq , alışqanlıq ehtiyacı üçün yabancı şərik axtarışından imtina edilməsi təmin ediləcək.

3.1.4. Valyuta səviyyələrindəki trendə baxıldığında son illərdə dollar bazasında YTL-nin xalis dəyərini əks etdirmədiyi görülməkdədir, idxalatın ixracata nisbəti davamlı artan Türkiyədə xarici ticarət boşluğu getdikcə artmaqdadır.Bizim hədəfimiz , istehsal etmənin cazibəsini azaldan xarici borcların yaratdığı yüksək qiymətli ünsürlərini aradan qaldıraraq ,idxal giriş dəyərini minimumda saxlamağa çalışaraq, istehsalı xarici bazar şərtləri ilə rəqabət edə biləcək keyfiyyət və kəmiyyətə çatdırmaq və ixracatı artırarkən, daxili bazar tələbini ödəyəcək vəziyyətə gələn istehsal qabiliyyətinin idxalatın əvəzləməsini təmin edərək , xarici ticarət defisitini qarşılamaqdadır.Beləliklə tənzimlənən xarici ticarət tarazlığı , tədbiq ediləcək düzgün pul siyasətləri ilə istiqrarlı və gerçək dəyərini göstərən bir valyuta məzənnəsi yaradılacaqdır.

3.1.5. Bazarda Bankçılıq Düzənləmə və Nəzarət qurumu və Sərmayə Bazarı Qurumunun tasirini artırılacaq ,nəzarət sistemi gücləndiriləcək.Maliyə sektorunu təşkil edən qurumlar milli olmalıdır.Banklarla bərabər əlaqələndirici qurumlarda artıq xarici sərmayənin əlindədir, bu halda milli mənfəətlər istiqamətində , qanuni tənzimləmələrlə nəzarətə alınacaq.

3.1.6. Birja şirkətlərin nəğd ehtiyacını ödəmək üçün yeni şərik olaraq , yeni sərmayələrə mənbə olmaq məqsədilə işləməkdənsə, spekulativ məqsədli gəlir əldə etmək üçün qurulmuş bir bazar halına gəlmişdir. Şirkətlərin sərmayə inkişafına və böyüməsinə çox az təsiri olduğu kimi ,xaricilərində rahatlıqla qoşulduğu bir bazar vəziyyətinə gəlmişdir.Xarici sərmayədarlar da birjaya spekulativ məqsədlə gəlməkdə , istədiyi gəliri əldə ettikdən sonra , dəyişməyən valyuta məzənnəsindən təkrar valyuta alıb , bazara gətirdikləri valyutadan daha çoxunu ölkələrinə geri apararaq , Türkiyənin xarici borcunu artmasına yol açırlar. Buna mane olmaq üçün , Türk qiymətli kağızların qiymətləri üzərinə xarici portfel sərmayədarlarının etdikləri işlərə bəlli məhdudiyyətlər qoyulmalıdır.Birjada investisiya tröstunu mane olacaq qanuni tənzimləmələr edilməlidir.Xarici və daxili sərmayə hərəkətlərinin dövlət maliyyəsinə mənfi təsirinə icazə verilməməlidir. Birja xaricindəki təşkilatlanmış qiymətli kağızlar bazarları inkişaf etdirilərək , kiçik və orta ölçülü sənayenin inkişafına mənbə yaradılmalıdır.

3.2. İstehsal

3.2.1. İnkişaf edən və artan tröstlar , liberal iqtisadiyyatı istifadə edərək milli dövləti bir çox funksiyasının iqtisadi anlamda da kiçiltməyi hədəfləməkdədir, çünki məqsədləri o ölkələri dövlətlərin yerinə özlərinin idarəetməsinə almaqdır , eyni zamanda qloballaşma ölkələrin gəlir bölgüsündəki tarazsızlığı artırmaqda ,gəlirin böyük bir hissəsinin istifadəsini istiqamətləndirən ,çox yüksək gəlir səviyyəsinə sahib azlıqdakı qrupun , çoxluqdakı xalqın üzərində təzyiq yaratması və onları da istədiyi kimi yönləndirməsini təmin etməkdədir. Bu qrup eyni güclə dövlətlər üzərində də təzyiq yaradır, onları iqtisadi cəhətdən zəiflədərək fəaliyyətsiz hala gətirir. Təzyiqlər və düzgün dəyərləndirmələr etmək imkanı olmayan hökümətlər ,xüsusilə az inkişaf etmiş ya da inkişaf etməkdə olan ölkələrdəki milli dövlət getdikcə yox olmaqdadır.Milli və millət dövlətlərinin fəaliyyətlərini itirməsi isə sosial ədalətin getdikcə yox olması nəticəsini meydana gətirir.Hökümətlər yanlış iqtisadi və maliyyə siyasətləri tədbiq edərək xalqın düzgün və ədalətli idarəedilməsi üçün lazımi gəlirlərdən imtina edir, yanlış vergi siyasəti ilə gəlirlərindəki azalma nəticəsində gedərək tröstlərə daha çox borclu olur.Bunun nəticəsində də onların boyunduruğu olurlar. Maddi çatışmamazlıqlar və təzyiqlər dövlətin ictimai xidmətlərini də mənfi təsir edir, hökümətlər fağırlığı artan çoxluq təşkil edən qrupun ehiyaclarını ödəyəməyəcək vəziyyətə getməkdədir.

Türkiyədə xüsusilə dövlətin idarəetməsindəki təşkilatların dəyərləri düşürülüb , işğalçı və müstəmləkəçi güclərə gerçək dəyərlərinin çox altında , peşkeş çəkilməkdədir. Halbuki dövlətin xalqına iqtisadiyyat , təhlükəsizlik ,siyasət ,səhiyyə ,sosial ,təhsil və tədris ,mədəniyyət və s.sahələrdə xidmət edə bilmək üçün müxtəlif təşkilatlar qurmaq və işlətmək öhdəliyi vardır. Bu məzmunda dövlət , fərdi sahibkarların az gəlir səbəbiylə girmədikləri sahələrində gəlir hesabı etmədən ictimai sahələrə millətin həyat səviyyəsini yüksəltmək üçün sərmayə qoymalı ,böyük həcmdə maliyyə tələb edən araşdırma və inkişaf etdirmə funksiyasını öz üzərinə götürməlidir. Strateji İdarə İqtisadi Təşəkküllərini özündə saxlamalı , təqaüd və səhiyyə ,təhsil , mədəniyyət, xidmətlər heç bir halda özəl sahibkarlığa təslim edilməməlidir.
Özəl sektora kömək məqsədilə qurulan banklardan hələ də dövlətin idarəetməsində olanların özəlləşdirilməsi dayandırılmalı ,özəlləşdirilən bankaların funksiyaları təkrar gözdən keçirilərək , digər banklara bölüşdürülməlidir.

Milli mənfəətlərə zərər verən özəlləşdirmələrin , proqramların yenidən baxılması lazımdır.

Özəl sektorun bəzi sərmayələrinin də milli hədəflər və öncəliklərə görə məhdudiyyət qoyulmalıdır.

İqtisadi qiyməti olan , dövlət üçün yararlı olan , yarımçıq qalmış bütün sərmayələr bitirilib , yeni sərmayələr hazırlanmalıdır.

Xarici sərmayənin milli təhlükəsizliyə ,milli mənfəətə zərər verəcək sahələrə investisiya və mənfəətlər əldə etməsi əngəllənməlidir.

3.2.2. İşğalçı güclərin bir ölkənin iqtisadiyyatını bütünüylə ələ keçirmək üçün qurduğu sistem ,öz funksiyası gərəyi idxalatı istehsala dəyişən bir struktur hazırlamışdır ,biz hər sahədə istehsalı artıaracaq proqramlarla sənaye sərmayələrimizi lokomativ kimi istifadə edərək , iqtisadiyyatda tam müstəqilliyimizi hədəfləməliyik.Bunun nəticəsi olaraq da istehsal kəmiyyət və keyfiyyət baxımından artırılıb , daxili bazar tələbi ödəndikdən sonra , ixracat ağırllıqlı istehsal təşviq edilməlidir. Yenilənə bilən enerji mənbələrində istifadə edilən texnoloji cihaz və ekipajların ölkəmizdə istehsal edilməsi üçün lazımi təşviqlər təmin edilməlidir. Hər sahədə texnoloji tərəqqi izlənməli ,araşdırılıb ,inkişaf etdirilməli və istehsalda istifadə edilməlidir. Istehsal edən sektorlar texnoloji struktur xərclərini ödəmək üçün lazımi düzənləmələr edilməlidir.

3.2.3. Yeraltı və yerüstü sərvətlərin axtarışı ,tapılması , çıxarılması ,emalı, satışı daha məqsədə uyğundur, çünki istehlak vaxtı iqtisadiyyata verdikləri əlavə dəyər çox yüksəkdir, yeraltı və yerüstü sərvətləri xam maddə kimi deyil ,emal olunmuş əmtəə kimi ixrac edilməlidir.

3.2.4. Kənd təsərrüfatı , heyvandarlıq sahələrin inkişaf edən iqtisadi şərtləri ödəməsi , rəqabət şəraitində fəaliyyətlərini davam etdirmələri üçün sahələrə və bölgələrə görə koperativləşmə təşviq edilməli və sürətlə yayılmalıdır. Kənd təsərrüfatı , heyvandarlıq sahələrində araşdırma ,inkişaf etdirmə ,qoruma institutları qurulmalıdır. Kənd təsərrüfatı , heyvandarlıq sahələrini dəstəkləyən Ziraat Bankının daha aktiv və effektiv istifadəsi təmin olunmalıdır. Kənd təsərrüfatı , heyvandarlıq sahələrində işğalçı güclər tərəfindən qurulan bütün qurumlar aradan qaldırılmalıdır.

3.2.5. Kənd təsərrüfatı sektorunun inkişafı ilə;
İstihdam yaradılaraq , böyük şəhərlərə miqrasiya və işsizlik problemlərinə həll tapılmalı ,
Kənd təsərrüfatı məhsullarının idxalatın qarşısı alınaraq ölkə təkrar tələbatını ödəyən hala gətirilməli,
Kənd təsərrüfatını dəstəkləyən siyasətləri ilə onu təkrar canlandıraraq bu mövzuda fermerlərimiz ,dolayısıyla vətən əleyhinə alınmış bütün qərarlar yenidən baxılmalıdır.

3.2.6. Kənd təsərrüfatı sektoru kend təsərrüfatı ilə hər mövzuda olduğu kimi genetik dəyişikliyə uğramış toxumlar mövzusunda da , maarifləndirilməli , öncəlik ekoloji təmiz kənd təsərrüfata verilməli ,insana zərərli olan ,su mənbələrini kirləyən süni gübrə və hormonlara qadağa qoylmalıdır.

Biodizel hazırlanması üçün lazımi yağlı toxumlar yetişdirərək , idxal edilmə ehtiyacı aradan qaldırılmalıdır.

Kənd infrastrukturu yenidən qurulmalı və funksiyaları artırılmalıdır. 

3.2.7. Çox zəif olan heyvandarlıq məhsullar istehlakı artırılaraq, insanların bəslənmənin keyfiyyəti yüksəldilərək , səhiyyə şərtləri tənzimlənməli , heyvan istehsalının artırılıb qiymətlərinin endirilməsi hədəflənməlidir. Dövlət müdaxilə qiymətləri ilə sahibkarı müdafiə edərkən , maksimal qiymətlərlə də istehlakçının zərər görməsinin qarşısını almalıdır.

Heyvandarlığın bütün kənd təsərrüfatı məhsulları içində istehsal payı artırılaraq ,Türkiyə heyvendarlıq sahəsində öz təlabatını ödəyən və heyvandarlıq məhsulları ixracatçısı olan ölkə səviyyəsinə gəlməlidir . heyvandarlıq məhsul ixracatının bütün ixracat gəlirləri içindəki payı yüksəldilməlidir və heyvandarlığı istehsalçı üçün gəlirli sahəyə çevirərək , heyvandarlıq sektorundakı istihdam artdırılmalıdır.

Türkiyə coğrafiyasına və iqlim şəraitinə uyğun , yüksək verimli bir yerli cins yetişdirilməlidir , bunun üçün damazlıq canlı heyvan idxalatının sadece dövlət əliylə həyata keçirilməsi , sperma idxalatının da dövlətin qoyduğu keyfiyyət və standartlarda hazırlanması və nəzarət altında saxlanılması təmin edilməlidir.

ət və ət məhsulları ilə canlı heyvan idxalatı qəti olaraq durdurulmalı, AB-nə illik olaraq öhdəlik verilən böyük baş heyvan idxalatı öhdəliyi aradan qaldırılmalıdır.

Sərhədlərimiz nəzarət altına alınıb qaçaq keçirilən heyvan girişi qarşısı alınmalıdır.

Özəlləşdirilən Dövlət İstehsal Fermaları (DÜÇ) təkrar qurulmalı ,heyvandarlıq örnək olacaq tərzdə yenidən qurulmalı və bunların idarəetmələri əkinçilik və heyvandarlıq sahələrində araşdırma , inkişaf etdirmə və qoruma institutlarında olmalıdır.

İstehsalçılara yetişdiricilik ,heyvan sağlamlığı ,veriminin artırılması ,təşkilatlanma kimi mövzularda informasiya verilməsi təmin edilməlidir.
Ölkə şərtlərinə uyğun peyvənd ,serum ,dərman istehsalının miqdarı və keyfiyyəti artırılmalıdır.

İxracatda rəqabət gücünü artırmaq üçün işlənmiş məhsulun ixracını təşviq edici dəstəklər təmin edilməli ,Türk Dövlətlərinə istiqamətlənmiş imkanlar təmin edilərək hər sahədə olduğu kimi bu sahədə də sıx bir iş birliyi təmin edilməlidir.

Kiçik ailə sahibkarlıqları kreditlər ilə dəstəklənərək modern üsulların tədbiq edildiyi böyük həcmli şirkətlər halına gətirilməlidir.
Heyvandarlıq sıx olduğu bölgələrdə intiqrasiyalaşmış fermalar qurulması özənləndirilməlidir.


3.3. İstehlak

3.3.1. Yerli məhsul istehlakının artırılması üçün istehlakçı hüquqları mövzusunda Türk Milləti maarifləndirilməlidir. İdxalat ancaq istehsal üçün istifadə olunacaq məhsullar üçün güzəştlər edilməli ,idxalatı dəstəkləyən siyasət və tədbiqatlar dayandırılmalı ,xarici güclər tərəfindən xalqın və istehsalçının bilərək idxalat lehinə dəyişdirilən seçimləri ölkə içinə istiqamətləndirilməli , daxili bazar qorunmalıdır.

3.3.2. Xam maddələr ancaq ölkə daxilindəki tələbin artığı qədər ixrac edilə bilər, emal olunmamış məhsul ixraca təşvik edilməməlidir. Gömrük siyasətlərində xarici ölkələrin mənfəətləri deyil ,ölkəmizin mənfəətləri nəzərə alınaraq , istehsal və ixracatı təşviq edici tədbiqatlara keçilməlidir. Sərbəst bölgələr milli mənfəətlər istiqamətində yenidən qurulmalıdır.

3.3.3. Xarici iqtisadi əaqələrdə milli mənfəətlərimizə tərs olan beynəlxalq müqavilələrdən uzaq durmalı , imzalananları təkrar gözdən keçirməli ,əgər zərər varsa , imtina yoluna gedilməlidir. Türkiyə Cumhuriyyətinin birliyinə ,bütünlüyünə və hər sahədəki müstəqil varlığına , quruluş və düşüncələri baxımından qarşı olan AB, İMF ilə əlaqələr qəti bitiriləcək.

3.3.4. Tröstlərin inhisarına icazə verilməməlidir , antitröst qanunlar qəbul olunmalı, tröstlərin qiymətləri nəzarət etmələrinin qarşısını alacaq hərəkətlər edilməlidir. Inhisarçılıq yaradaraq iqtisadi və dövlət üzərində təzyiq etməyə çalışan tröstlər nəzarət altına alınmalıdır.

3.3.5. Kiçik və orta firmalar dəstəklənərək iqtisadiyyata töhfələri artırılmalıdır.

Kiçik və orta sahibkarlığın yeni bazarlara açılması , yeni istehsal texnoligiyaları ilə tanışdırılması , lazımi AR-GE çalışmaları edilməli və istihdam imkanları inkişaf etdirilməsinə çalışılmalıdır. 

Ətraf mühitin qorunması miqyasında kiçik ölçülü ekoloji texnolgiya istehsalçıları dəstəklənib , eko-sənayə sövq edilərək .KOBİ-lərə ətraf mühit sərmayələrinə istiqamətlənəcək təşviqlər gətirilməlidir.

Kiçik və orta sahibkarlıqların alternativ bir bazar olaraq internet bazarının istifadələrini yayilması üçün mükəmməl bir maarifləndirmə ilə sövq edici təşviqlər gətirilməlidir.

3.4 İqtisadiyyatın koordinasiyası , maliyyə siyasəti 

Büdcənin tarazlığı və milli mənbələrə dayanması əsasdır. Qurulacaq və yenilənəcək dövlət təşkilatları üçün lazımi büdcə maliyyəsi ayrılmalıdır.
Milli gəlirin bölüşdürülməsindəki ədalətsizli olması üçün dolayı vergilərin birbaşa vergilərə nisbətini aşağı salmaq hədəfimizdir.
Kölgə iqtisadiyyatının , qeydiyyata alına bilməsi üçün ədalətli bir quruluşa gedilməlidir, düzənli , effektiv , tərəfsiz nəzarət ön şərtiylə , gəlir və sərvət vergi nisbələri azaldılaraq ,ƏDV ,ÖTV nisbətləri gəlir bölgüsünün tarazlanması istiqamətində yenidən baxılmalıdır.
Vətəndaşların vergi gəlirlərinin harada və nə formada istifadə etmək mövzusunda doğru və ətraflı formada maarifləndirilərək və bu xərclər hər ayın ilk günü elan edilərək , vergi sisteminə könüllülüyü təmin etməlidir.

3.5 Türk Dövlətləri ilə İqtisadi Əlaqələr Siyasətimiz.

Türk Dövlətləri ilə Ortaq Bazar , Gömrük Birliyi və iqtisadiyyatda ağla gələ biləcək hər sahədə iş birliyini artırmaq hədəflənməli , hətta son hədəf tam anlamıyla inteqrasiya olmalıdır.

Yaşayış yeri.

Maddə 4.


4.1. Mülkiyyət sahibi olmaq mövzusunda , beynəlxalq mənfəətlər istiqamətində yeni qanunlar qəbul olunmalıdır.

4.2. Bayındırlıq və İskan Nazirliyinin iş prinsiplərinə yenidən baxılmalı , imar qanunu gözdən keçirilməli , vahid qiymət hazırlama əsasları günün şərtlərinə uyğun olaraq yenidən qəbul olunmalı , yüksək fen qurumu aktiv hala gətirilməlidir. Milli mənfəətlərə və dövlət siyasətinə uyğun olması üçün böyük ölçülü imar planları , sərmayə və proqramlama işləri nazirlik tərəfindən icra olunmalı , nəzarət vilayətlərə verilməlidir.


4.3. İnşaat işlərinə aid olan funksiyasını itirmiş bütün qanun və idarəetmələr günün şərtlərinə uyğun olaraq yenidən tərtiblənməli , zəlzələ və oxşar bütün fövqəladə halları nəzərdə tutaraq , köhnə tikililər daxil olmaqla bütün tikililərin yoxlanılması həyata keçirilməli , qaraj və sığınaq kimi həyat səviyyəsinə təsir edən ünsürlərin qanuna uyğunsuzluqların qarşısı alınmalıdır. Bu yoxlmalarda ehtiyac duyulan yeni qanuni tərtiblərlə texniki müfəttişlik sistemi işlək hala gətirilərək səlahiyyət və sürət baxımından yenidən təşkil olunmalıdır.

4.4. Laboratoriya və AR-GE işlərinə önəm verilməli , insan sağlamlığına zərərli maddələrlə əlaqəli standartlar inkişaf etdirilərək , bunların istifadəsinin qanunlarla qarşısı alınmalıdır.

Səhiyyə və Dərman

Maddə 5.


Xalqa xidmət edən dövlət səhiyyə sistemlərinin addım addım özəlləşdirməyə çalışıldığı görülməkdədir ;xəstəxana xidmətləri “ xidmət alma” formasında özəl səhiyyə qurumlarına verilir , yerli dərman əvəzinə idxal dərman istifadəsi dəstəklənir, bunun nəticəsi olaraq da yerli dərman sənayesi inkişafdan qalır. İctimai xidmətlərin dövlətin dərdi olduğunu düşünən bir anlayışın Türkiyədə hakim edilməyə çalışıldığı tədbiq edilən siyasətlərindən anlaşılır. Türk Millətinə layiqli səhiyyə siyasətinin xaricilərin işğal siyasətlərini qəbul etmək değil , beynəlxalq səhiyyə siyasətini tədbiq etməkdə olduğunu bilirik. Bunlara istinadən;

5.1. Dərmanların qiymət və satış siyasətləri yenidən müzakirə edilməli , heç bir halda dərman reklamlarına icazə verilməməlidir.

5.2. Türkiyə iqtisadiyyatı idxal dərman və müalicələr mövzusunda ciddi maddi itki ilə qarşılaşmaqdadır. Dərman və tədqiq özbaşınaliğının qarşısı alınması üçün universitetlərin əczaçılıq və tibb fakultələrində dərman və xəstəlik araşdırmaları üçün ayrılan ödəmələrə verilən dəstək artırılmalıdır.

5.3. Türkiyədə fərdlərə təqdim etdilən özəl-dövlət bütün səhiyyə xidmətləri “ Türkiyə Səhiyyə Xidmətləri İnformasiyası” vətəndaşlıq nömrəsinə görə işlənməlidir. Vətəndaşların səhiyyə sənədlərinin hər tərəfdən görüləbilməsi , mənbələrin – səhiyyə işçiləri , xəstəxana , dərman və tibbi ləvazımat və qeydiyyat planlanması - ən doğru halda icra olunması təmin olunacaq.

5.4. “ Türkiyə Səhiyyə Xidmətləri İnformasiyası” ilə ölkə miqyasında istifadə olunan dərman informasiyasının bir-biriylə uyğun olaraq işləməsi təmin olunmalıdır. Bu işlər istiqamətində dərman qeydiyyat və tədbiq etmə idarəetmələri yenidən qurulmalıdır.

5.5. Dövlət səhiyyə xidmətlərinin və insan həyatının səviyyəsinin yüksəldilməsi naminə Qoruyucu Həkimlik gücləndirilməli və xüsusiləşdirilməlidir. Qoruyucu həkimlik işləri “ Türkiyə Səhiyyə Xidmətləri İnformasiyası” ilə əlaqəli olmalıdır.

5.6. Dövlət və özəl xəstəxanaların alt baza standartları tərtib edilərək – ki bu alt bazaya dar küçələr , ambulansların yetişməsi vaxtı , trafik sıxlığı , gigiyena alt bazası , kanalizasiya qabiliyyəti , tibbi tullantılar vəs. hallar daxil olmaqdadır – uyğun olmayanlar özlərinə veriləcək bəlli bir zamanda uyğun şərtlərə gətirilməli əks halda bu şərtləri təmin edəcək yaşayış vahidlərinə yerləşmələri təmin edilməlidir.

5.7. Səhiyyə və dərman mövzusunda bütün Türk Dövlətləri ilə sıx bir iş birliyi inkişaf etdirilməli , ortaq istehsallar , siyasərlər , heyət dəyişiklikləri həyata keçirilməlidir.

İş Şəraiti və Həyat Səviyyəsini Yaxşılaşdırma

Maddə 6.


6.1. İş Şəraitinin Yaxşılaşdırılması.

6.1.1. Əmək məcəlləsi yenidən müzakirə olunmalı , təşkilatdan təşkilata dəyişən eyni ixtisas qrupundaki bərabərsizliklər aradan qaldırılaraq ,İş və sosial müdafiə şərtləri yaxşılaşdırılmalıdır.

6.1.2. Məktəbdən əvvəl uşaqların sağlam olaraq inkişafları üçün uşaqların sayını nəzərə alaraq müəyyən mərkəzlərə yetərli sayda Dövlət Uşaq Bağçaları açılmalıdır. Bu mərkəzlərdə bir tərəfdən işləyən ailələrin uşaqlarının təhlükəsiz bir mühitdə olmaları təmin edilərkən , digər tərəfdən uşaqların , həkim , pedaqoq , pediatrist, psixoloq ,özəl tərbiyəçi və sosial xidmət mütəxəssisindən ibarət dövlətin heyyətli, yetkin bir qrupun nəzarətində milli bilinc istiqamətində təhsilləndirilmələri təmin olunmalıdır. Beləliklə də Türkiyə Cumhuriyyətinin gələcəyi daha ilk addımda aydınlanması başlayacaqdır.

6.1.3. Dövlət təşkilatları və qurumlarında işləyənlər , gəlir səviyyələri yüksəldildikdən sonra , 25 il əsas alınaraq ,işlədikləri qurumun fəaliyyət göstərdiyi bölgələr və buralardakı xidmət vaxtlarına görə ,Türkiyə Cumhuriyyətinin mənfəətlərinə ən səmərəli formada xidmət etmək məqsədi ilə bir birini əvəz etməyə tabe tutulmalıdır.

6.2. Həyat Standartları Aşağı Olan İnsanların Həyat Səviyyəsini Yüksəltmək.

İstehsal istiqamətini qısa zamanda kənd təsərrüfatı sahəsindən sənaye sahəsinə dəyişmə cəhdində olan Türkiyə , gəlir səviyyəsi aşağı , İEOÖ arasında yer almışdır. İctimai tarixlər üçün qısa sayıla bilən bu keçid 1940-cı illərdən sonra irəlini görə bilməyən idarəedicilərin də varlığı səbəbiylə Türkiyə Cumhuriyyətini hazırlıqsız qarşılamışdır ,sürətli keçidə hazırlanmayan ölkəmizin şəhərləri plansızlıqla yanaşı , alt bazasız və düzənsizliyi gətirmişdir. Mübarək , kökləri dünyanın ən qədim soyundan gələn , Uca Müəllim Mustafa Kemal Atatürk vasitəsi ilə qurulan , özünəməxsus və müstəqil idarəetmə üsulu “Sonsuza dək Qalacaq” Türkiyə Cumhuriyyəti keçmişdən gələn heç bir xəzinəsini də istifadə etməyərək hər cür hücümların yanında gərgin mədəniyyət hücumu altında qalıb , özünə yadlaşmışdır. Bütün bu yanlışlıqlar yan-yana qoyulduğunda günümüzün görüntüsü ortaya çıxır, insanların arasında gəlir səviyyələri , mədəniyyət səviyyələri , qısaca həyat keyfiyyətləri baxımından böyük fərqlər yaranmış və beləliklə heç kəsin kiməsə kömək etmədiyi , yurdun birliyini pozan görüntülər yaranmışdır. Əlbəttə ki, istehsal üsulunu dəyişdirən qruplar bunun sancılarını çəkərlər, ancaq bir çox ölkə istehsal üsulunu bizim ölkəmizdən öncə dəyişdirmişdi , bu keçidləri araşdırıla bilərdilər, hər mənada irəli görən və səmərəli icra oluna bilərdi,bununla da bu sancılar ictimai yaralara səbəb olmadan , dövlətin etibarını azaltmadan hətta olan etibarı daha da artırmaq olardı. Hər inqilabi inkişaf ,keyfiyyətli beyinlərin nisbətinə görə qrupları hazırlıqsız tutsa da bənzər inkişafları yaşayacaq və ya tədbiq edəcək ölkələrə istəmədən də olsa bir çox dərslər öyrədir, amma – keyfiyyətli beyinlərə sahib olmasalar da- bu dərsi anlayacaq, qavrayacaq,tədbiq edəcək səviyyədə qruplara malik ölkələrə öyrətmiş olarlar , heyif ki , ölkəmiz bu sürətli keçiddə olabiləcək səmərəlilikləri 1938 tarixindən sonra istifadə edə bilməmişdir.

Hər yönüylə -alt baza və üst baza olaraq – şəhərləşmə fenomeni ; Türkiyədə həm xalq olaraq ,həm də dövlət qurum və təşkilatları olaraq tam oturdulamamışkən , ictimai tarixlərə görə ustehsal üsulunun çox sürətli tərzdə dəyişikliyi , əksikliyin həyat səviyyəsinə olduqca mənfi təsirinə səbəb olmuşdur. Şəhər gəliri ,şəhər mədəniyyəti olmadan sürətlənən miqrasiya , dövlət qurum və təşkilatlarının alt və üst baza olaraq şəhərsalma işlərindəki əksiklikliyin əvəzini , miqrasiya edənlərə ağır ödətmiş. Miqrasiya edənllərin də şəhərlərində şəhər gəliri və mədəniyyəti hazırlamadan miqrasiya qərarları həm dövlətə ,həm də şəhərlilərə ağır olmuşdur.

Nəticədə ortaya bir-birindən çox fərqli düşünən ,davranan ,gəliri olan iki həyat səviyyəsi çıxmış, bunu dəyərləndirmək və SEVR müqaviləsini yurdumuza tədbiq etmək istəyən Türkiyə Cumhuriyyətini və birliyini içinə heç bir zaman mənimsədəməyən ölkələr bu vəziyyəti də istifadə edib, hər cür hücumlarını gərginləşdirmişlər. Ölkəmizin yaxın keçmişinə baxdığımızda da görüldüyü kimi, bu hücümlar fərqli həyat səviyyəsində yaşayan insanlarda məhv edici siyasət , məhv edici fəaliyyət , məhv edici din hərəkətləri olaraq ortaya çıxmışdır. Bu məhv edici düşüncə və davranışları bölüşməyən həyatlar isə öz vəziyyətləri səbəbiylə hər şeyə əsəbi və küsülüdürlər, bu mənada küçə üşaqlarının hirsləri, narkotik kimi pisliklərə bağlılıqları bir örnək olmaqdadır.

Bütün bunlar yaşanarkən ,Türkiyə Cumhuriyyətinin bir partiyası olaraq bir şey edə bilməmənin başı quma soxmaqla bərabər anlamlı olacağını düşünməkdəyik, çünki küçələrimizdə yaşananlar bizdən asılıdır, əsəb bir gün xarici vı daxili təhriklərlə Türkiyə Cumhuriyyətinin təməl dəyərlərinə istiqamətlənə bilər.Xüsusilə də Türkiyə Cumhuriyyəti layiqli olmadığını düşündüyümüz bir səviyyədədir. Düşüncəsi azad, vicdanı azad Türk Milləti olaraq bu acıları çəkmək məcburiyyətində deyilik, eyni gəmidə olmanın bilinci ilə batmamaq üçün bu gəminin dəliklərini bağlamaq məcburiyyətindəyik.

Vətənsevər Partiyası olaraq bu düşüncə səbəbiylə və Türkiyənin özünəməxsus həyat səviyyəsinə çatmasına kömək məqsədi ilə `Həyat Keyfiyyətlərini` dəstəkləmək ,şəhərlərdə yaranan küçə uşaqları oxşar aşağı səviyyəli həyatların problemlərinə sağlam həll tapmaq üçün , problemin əsas səbəblərindən birinin kənd bölgələrindən şəhərlərə plansız , öz-özünə qurulan və inkişaf edən miqrasiya olduğu bilinci ilə probleminin yerində , mənbəyində yəni kənddə həll edilməsi düşüncəsindəyik. Bu səbəblə, kənd bölgələrində həyat səviyyəsi yüksəldilərək ,şəhərlərə miqrasiya səbəbləri azaldılmalı, plansız və öz-özünə qurulan və inkişaf edən bu miqrasiyanın ən az səviyyədə tutulması üçün mövzu ilə əlaqəli proqramlar düşünülməlidir.

Ilk öncə kəndlərin gəlir səviyyələrini , ardından mədəniyyət və təhsil və səhiyyə səviyyələrini yüksəltmək çalışmaları ilə ağla gələn hər cür problemə kəndə , yerində həll etmək bu problemin həllinin hər cür problemə kəndə , yerində həll etmək bu problemin həllinin əsas bir hissəsini əhatə etməkdədir. Kənddə yaşayan insanların, kəndin daxilində və xaricində həyata keçirdikləri her cür gəlir /düşüncə/davranış səviyyələrində yanlarında olmaq ,lazımi yardımı vermək yaradılacaq proqramları əsasını təşkil edir və sayılmayacaq yararları vardır.

Gəlir səviyyəsinin artırılması proqramın tədbiq ediləcəyi kənd üçün mövcud vəziyyətdəki ən doğru istehsal üsulları ilə irəlidə ola biləcək istehsal üsullarının axtarışı birinci öncəliklə ölkə xeyrinədir.

Səhiyyə səviyyəsini yüksəldilməsi qoruyucu həkimlik tədbiqini ,səhiyyə təşkilatlarını fəal tutmağı, uşaqlardan başlayaraq bütün kəndi səhiyyə qaydaları ilə əlaqəli maarifləndirməni, müəyyən aralıqlarla həkim və diş həkimi nəzarətinin gerçəkləşdirilməsi işlərini özündə kəsb edir.

Mədəniyyət və Təhsil səviyyəsinə artırılması , kənd üçün ən doğru həllərin axtarışını, boş zamanların doğru dəyərləndirilməsinin araşdırılmasını , hər mövzuda maarifləndirmə toplantılarını, kurslar açılması , kənd məktəbinin kitabxanasının zənginləşdirilməsini , kitab dəstəyini ,qız uşaqlarının oxumasının təşviq edilməsini, kənd məktəbinin hər yöndən dəstəklənməsini ,teatr, musiqi və b.fəaliyyətlər həyata keçirilməsini kəsb edir.

6.3. Uşaqlar və Yaşlılar

Şəhərlərdə iqtisadi çatışmamazlıqlar səbəbiylə baxımı baş tutmayan, ailəsi olan və ya olmayan bütün uşaqlar üçün qoruyucu və dəstəkləyici tədbirlər , uşağın - əgər varsa- əvvəlcə öz ailə mühitində qorunmasını təmin etməyə istiqamətlənmiş olmaq üzrə doydurma , yaşayış yeri , sağlamlıq, təhsil sahələrində alınmalı , bu xidmət pulsuz olaraq həyata keçirilmək və hər bir uşağın ümumi mədən iyyət və bacarıqları ,özbaşına qərar vermə qabiliyyəti , əxlaqi və ictimai məsuliyyəti inkişaf etdirərək ictimaiyyətə faydalı bir insan olmaları təmin edilməlidir.

Qayğıya möhtac yaşlılar üçün qocalar evləri kəmiyyət etibarı ilə azlıq təşkil etməkdədir. Bu qocalar evlərinin sayı sürətli artırılaraq, sosial bir yara aradabn qaldırılmalıdır. Keçmişimizi və gələcəyimizi qorumaq naminə dərhal həlli üçün mövcud olan Uşaq Evləri və Qocalar Evləri yenidən qurularaq, hüquqi tənzimlənməlidir. Yataqxana həyatı sıx nəzarətə alınaraq hər hansı bir zərərli fəaliyyətin uşaqlara təsir etməsinin qarşısı alınmalı , bu təşkilatlarda sui istifadə və ya ehtimalı görülənlər üçün hüquqi cəzalar artırılmalıdır. Çünki bu cür davranışlar sadəcə dövlətə , millətə xəyanət deyil eyni zaman da gələcəyimizi də birbaşa baltalamaqdır.

Əlavə bir həll olaraq uşaq və yaşlıların ehtiyaclarını qarşılayan “xidmətçi .

ailələrə” maddi dəstəklər edilməli ya da dövlət bu ailələrə iş tapmaq üçün şərait yaratmalı və bu sistem ciddi bir nəzarət üzərində durmalıdır.

6.4. Əlillər.

Türkiyədə əlillərin həyat səviyyəsini artırmaq üçün aşağıdakı mövzulardaki hüquqi tənzimləmələr ciddi bir şəkildə icra olunmalı və oldurulmalıdır.

6.4.1. Əlillərin əlillik dərəcəsini müəyyən etmək üçün istifadə olunan Balthazard Cədvəli aradan qaldırılmalı , əvəzinə həkim arayışına əsaslanmış əlilllik dərəcəsi etibarlı sayılmalıdır. Bu arayışlara ciddi bir nəzarət edilməli ,sui istifadə qarşısında yeni hüquqi tənzimləmələr edilməlidir.

6.4.2. Əlillərə xidmət edən təşkilatların sayı və səviyyəsi artırılmalı və nəzarətdən keçirilməlidir.

6.4.3. Görülən xidmət keyfiyyətindəki fətrqliliklər və çatışmamazlıqlar aradan qaldırılmalıdır.Əlillərə edilən xidmətlər arasındakı tərəfsizlik təmin edilməlidir.

6.4.4. Əlillərə xidmət edəcək insanların istihdamı artırılmalı və hər cür təchizat problemləri aradan qaldırılmalıdır.

6.4.5. İctimai yaşayış məskənləri və ictimai nəqliyyat vasitələrindəki əlillərə istiqamətlənmiş tədbiqatlarla əlaqəli nəzarətlər həyata keçirilməlidir.

6.5 Qeyri Hökümət Təşkilatları (QHT)

Qeyri Hökümət Təşkilatları, öncəliklə Türkiyə Cumhuriyyətinin üzərində yüksəldiyi bütün dəyərləriylə birlikdə bir bütün olaraq davamlılığı birinci prinsip olan, daha sonra cəmiyyətin xeyri üçün fəaliyyətlər həyata keçirmək, zəif gördükləri sahələrdə cəmiyyəti maarifləndirib,hərəkətə keçirərək, planlı və davamlı fəaliyyətlərlə cəmiyyətin bu fəaliyyətlərə qoşulmasını təmin etmək , həyat səviyyəsini yüksəltmək üsulu ilə yuxarıdakı zəiflikləri aradan qaldırmaq üçün təşkil olunmuş strukturlardır.

6.5.1. Türkiyə Cumhuriyyəti Avropa Birliyinin QHT-lər üçün qurduğu şərik bir hovuza son altıncı çərçivə proqramında 250 milyon Euro sərmayə qoymuşdur. Ancaq şərtlərin AB tərəfindən müəyyənləşdirilməsi və bunun Milli mənfəətlərimizi nəzərə almaması səbəbiylə gərçək proyektlərə deyil ,Türkiyə Cumhuriyyətinin nüfuzunu alçaltmaq məqsədli proyektlərə ,sınaq olaraq istifadə olunacaq proyektlərə təşviq edilmiş , teşviqin gücündən istifadə olunaraq QHT-lar yanlış istiqamətləndirilmişdir. Buna baxmayaraq hovuza sərf olunan sərmayənin sadəcə beşdə biri(20%) ölkəyə geri qayıtmışdır. Bütün bunlara qarşılıq olaraq şərik hovuza sərmayə qoyulmamalı, bu yolla əldə edilən gəlirin ölkə içində milli mənfəətə uyğun sahələrə istiqamətləndirilməlidir.

6.5.2. Qurum ,təşkilat və universitetlər Türkiyə Cumhuriyyətinin qısa ,orta və uzun müddətli iş planlarına uyğun hədəflərini həyata keçirmək üçün lazım olan fəaliyyətləri görməlidir. Ancaq bu hədəflərin cəmiyyətin hər təbəqəsinə yayaraq dərk etdirmə mənasında və azad təşəbbüslüyün dinamik gücündən faydalanma baxımından təşviq edici miqdarda proyekt dəyərini ödəyərək QHT-lər milli mənfəətlər istiqamətindəki araşdirma və inkişaflara yönəldirilməlidir. Xüsusilə milli mənfəətlərimizə uyğun proyektlər hazırladıqları halda bu hovuz vasitəsilə xarici ölkələrin QHT-lərinə də qrand ayrıla bilməli və bu proyektlərin araşdırılması mövzusunda təşviq edilməlidir.

6.5.3. Türkiyə Cumhuriyyətinin əsas dəyərlərinə , milli bütünlüyünə , birliyinə müxalif çalışdığı rəsmiləşdirilən bütün QHT-ları və fondların fəaliyyətləri durdurulmalıdır. Bu mövzudaki sui istifadələr və məqsəddən kənar fəaliyyətlər mövzusunda qanunlar yenidən tərtib olunmalı və tədbiq edilmələri ölkəyə fayda baxımından ciddi izlənməlidir.

6.5.4. Bütün ixtisas bölümləri, seçim sistemindən səlahiyyət sahələrinə qədər hər yönüylə ölkənin mənfəəti baxımından gözdən keçirilməlidir.

6.5.5. Bütün fərdlər , istehlak hüququ və b. fərdi haqlarını düzgun istifadə etmələri mövzusunda maarifləndirilməlidirlər.

6.6. Ətraf mühit və Meşə

Ətraf mühitlə əlaqəli bütün qanunlar ciddi tədbiq edilməli , sərmayələr ertələnməməli , geriyə dönük bütün cinayət cəza prosesləri icra olunmalıdır. Qüvvədə olan qanunlar yenidən gözdən keçirilib ,cəzalar ağırlaşdırılmamalıdır. Ətraf mühit və meşə nazirliyinin bütün fəaliyyətləri ölkə miqyasında bir qeydiyyat sistemi qurularaq izlənməlidir.

Yer üzündə insan sağlamlığına zərər verəcək ölçüdə böyük miqyaslara çatan ,həyat içində yetərli önəm verilməyən ,ionlaşdırıcı olmayan radiasiya və elektromaqnit kirliliyi mövzusunda ,özəlliklə hər an istifadəsi səbəbiylə ən çox zərəri olan mobil telefonları da daxil olmaq üzərə idxal edilən və ölkə daxilində istehsal olunan mənbələrin istifadələri mövzusunda beynəlxalq mövcud standartların tədbiqində ciddiyyət göstərilməli ,buna əlavə olaraq yeni qaydalar gətirilməli , cəmiyyət ən az zərərli istifadə mövzusunda maarifləndirilməli ,bu mövzu Milli Təhsil müfrədatına da əlavə olunmalıdır. Bununla bərabər;

6.6.1. Meşə ilə əlaqəli bütün qanunsuzluqlar araşdırılıb lazımi tədbirlər icra olunmalıdır.

6.6.2. Yanan meşə əraziləri əsla yaşayışa açılmamalı ,torpaq uyğun olduğunda yenidən ağaclandırılmalıdır.

6.6.3. Doğru ağaclandırmaya və canlı növlərini artırmağa istiqamətlənmiş fəaliyyətlər dəstəklənib, yönləndirilməlidir.

6.6.4. Sənayenin inkişafı ilə ətraf mühit dəyərlərin qorunması bir-birinə qarşı olan ikilik olaraq deyil , kökdən siyasətlərllə tarazlanması lazımi məcburluq olaraq dəyərləndirilməlidir.

6.6.5. Tarazlaşdırılan və davam edə biləcək qalxma məqsədinə uyğun olaraq qəbul olunan iqtisadi qərarlar ilə ekoloji qərarların birlikdə düşünülməsinə şərait yaradan, planlama anlayışına əsaslanan təbii ehtiyatları qoruyucu siyasətlər tədbiq edilməlidir.

6.6.6. Bütün sərmayələr Ətraf mühit və Meşə Nazirliyinin görüşlərindən keçərək dəyərləndirilməli , Beynəlxalq Ətraf Mühit qaydalarının AB qaydaları ilə bir birinə uyumlandırma fəaliyyətləri tərk edilərək, milli mənfəətləri əsas alan çərçivədə ,hər hansı bir ayrıcalıq və gecikməyə icazə vermədən tədbiqi təmin edilməlidir.

6.6.7. Ətraf mühit kirliyinin öncəliklə reallaşmasını önlənməsi ,önlənməsi mümkün olmayan vəziyyətlərdə mənbəyə ən yaxın həllərin hazırlanması və geri qazanma hallarının artırılması təmin edilməlidir. Ətraf mühit nəzarətindən əldə edilən gəlirlərin önəmli bir hissəsi zərərsiz istehsal və geri qazanma texnologiyalarının inkişafına yönəlik AR-GE çalışmalarına və tədbiqlərinə əks edilməlidi, ətraf mühit ölçüsü və analiz sektorunda istifadə edilən sistemlərin idxalı yerinə yerli mənbələr seçilməlidir.

6.6.8. Bu nazirliyin fəaliyyətlərinin planlanmasında ,həyata keçirilməsində və problemlərin həllində mərkəzi siyasətlər qədər bölgə və yerli bazadaki icralar və nəzarətin də önəmi diqqətə alınaraq ,Mərkəzi İdarəetmə, Yerli İdaretmə ,Fövqəladə hallar İdarəetmə, Universitetlər, Sənaye sektoru və QHT-ları arasındakı tərəfsizlik və iş birliyi siyasətləri tədbiqində gücləndirilməlidir.

6.6.9. Ətraf mühitə həssas bir ictimai rəyin inkişafı hər şeydən əvvəl doğru bir təhsil siyasəti ilə başlayır.Cəmiyyətin hər təbəqəsində ətraf mühit bilincinin inkişafı və bu mövzunun təhsilin hər pilləsinə tədbiqi məqsədilə ciddi hazırlanmış bir təhsil siyasəti həyata keçirilməli, təhsil qanunu bu önəmə uyğun olaraq hazırlanmalıdır. Böyləcə Cəmiyyətin doğru maarifləndirilməsi sayəsində QHT-lərin fəaliyyətlərinin də doğru ,effektiv və qurucu olması təmin olunmalı ,xarici güclərin QHT-ləri milli mənfəətlərə uyğun omayan qərarlara istiqamətlənmələrinə maneə olunmalıdır.

6.6.10. Dövlət və özəl sektor tərəfindən qoyulan sərmayələrin arasına ətraf mühit maliyyələrinin daxil edilməsi mövzusunda , təhsil və xəbərdarlıq anlamında fəal olmalı ,bunların tədbiqi ciddi izlənməlidir.

6.6.11. Ətraf mühit və Meşə kirliyinin qarşısının alınmasında yardımçı olmaq üzərə təşviq məqsədli qanuni tınzimləmələr artırılaraq , geri qazanma yolu ilə əldə edilən məhsulların istifadəsində tədbiq edilən ÖTV nisbətlərinin azaldılması kimi Ətraf mühit və Meşə Nazirliyi ilə əlaqəli hər sahədə bu tədbiqatlar artırılmalıdır.

6.7. Enerji

6.7.1. Enerji mənbələri insan həyatından başlayaraq iqtisadiyyata qədər ictimai həyatın bütün sahələrində təsirini göstəməsi və dövlətərin siyasətlərini müəyyənləşdirməsi baxımından çox doğru üsulla idarə edilməlidir. Bu səbəblə enerji siyasəti bizim üçün çox önəmli olub ,kəsintisiz ,ucuz təmin olunmalıdır. Milli mənfəətlərimiz istiqamətində yeni tənzimləmələrlə elektrik istehsalında xarici asıllığı bütünüylə sonlandırma , mədən qaynaqlarından istühsalı tərk etmə və yenilənə bilən enerji mənbələrinə- günəş, külək, dalğa ,geotermal, bioqaz ,biodizel- yönəlmə olacaq təcili halda gerçəkləşdirilməlidir.

6.7.2. Enerjinin doğru istifadəsi mövsusunda Milli Təhsildən başlayaraq dövlət və özəl bütün sahələr maarifləndirilməlidir.

6.7.3. Toplam istifadə olunan enerjinin təxminən 50%-i binalarda istehlak olunub binalarda istifadə olunan enerjinin 80%-i isitmə enerjisindən ibarətdir.Binalardaki istilik itkilərini tək qatlı pəncərəyə görə 50%-70% nisbətdə azaldan çox qatlı pəncərələri ilə istilik nəzarət pəncərələrinin istifadəsi təşviq edilərək , həm enerji təsərrüfü ,həm qlobal istiləşməyə səbəb olan mədən enerji daşıyıcıları istehlakı azaldılması təmin olunmalıdır.

6.8. Kamunikasiya

6.8.1. İnternet ilə ucuz və sürətli bir halda daha çox məlumat əldə edildiyi günümüzdə internete giriş nöqtələrinin rahat tapılması təmin edilməli ,alt baza davamlı inkişaf edilməli və internet istifadəsi cəmiyyətin hər təbəqəsinə hər sahədə yayılmalıdır.

6.8.2. Türkiyə Bilimsel Teknik və Araşdırma Kurumu (TÜBİTAK) tərəfindən hazırlanan Milli işlətmə sistemi “PARDUS”-un istifadəsinin Türkiyədə yayılması üçün lazımi işlər görülməlidir.Çünki bunun milli mənfəətlərdən təhlükəsizliyə ,iqtisadiyatından ölkə içində proqramlaşdırma sektorunu sürətlə inkişafına qədər hər cür sahədə saysız əhəmiyyəti var. Türk Dövlətləri ilə ortaq fəaliyyətlər yürüdülməli “PARDUS” Türk Dövlətlərində yayılmalıdır.

6.9. Nəqliyyat 

Ölkəmizdə hava kirliliyinin başlica səbəblərindən biri olan quru nəqliyyat sektorunun yerinə yüksək maliyyə ilə bərabər qlobal isinməyə səbəb olan karbondioksid maddələri də diqqətə alınaraq , aşağı maliyyəli və ətrafa daha az zararlı olan aşağıdakı nəqliyyat üsulları seçilməlidir.

6.9.1. Dəmir yolları nəqliyyatına öncəlik verilməli və inkişaf edilməlidir.

6.9.2. Türkiyə 3 tərəfli dəniz olan yarımada şəklində bir ölkə olmasına baxmayaraq dəniz yollarının bu qədər geri qalması adi deyil. Bu səbəblə dəniz yolları nəqliyyat üçün inkişaf edilməlidir.Limanların özəlləşdirilməsi dayandırılmalı, Ticari və strateji limanlar fizilibitasiya işlərinin ardından uyğun olduğu təqdirdə yayılmışdır. 


6.9.3. Hava nəqliyyat sistemi yenidən qurulma və gücləndirilməlidir.

6.9.4. Quru yollarının baxımı, təmiri ,qurulması üçün Qarayolları Ümumi Müdürlüyünün vəzifəsi və səlahiyyətləri yenidən tənzimlənməlidir.

Təhsil və Tədris 

Maddə 7.


7.1. Milli bir təhsil tədbiq edilməli , Mustafa Kemal Atatürk və Qurtuluş Savaşımız Milli təhsildəki lazımi yerini almalıdır. Türk tarixi yenidən obyektiv olaraq yazılmalı ,milli bilinc Milli Təhsildə lazımi önəmi qazanmışdır.

7.2. Xarici dildə təhsil qaldırılmalı , Türk dilində tədris təmin olunmalıdır.

7.3. Bütün universitetlərdə ,iqtisadi və universitet proqramlarının elverişli ən çox sayda olmaq üzrə Türk Dövlətlərinə kontenjan açılaraq Türk Dövlətləri ilə tələbə mübadiləsi edilməli , bu kontenjan illər keçdikcə artırılmalıdır.

7.4. Məcburi təhsil 12 ilə artırımalı ,bütün ibtidai və orta məktəb çağdaş tənzimləmələr ediməli, dərslər baxılaraq ,dövrün ehtiyaclarına uyğun dərslər müfrədata artırılıb ,lazımsız və artıq yük gətirən , yaradıcılığı məhdudlaşdıranlar çıxardılmalıdır.

7.5. Mövcud təhsil sistemindəki universitet imtahanı aradan qaldırılmalı universitetə daxil olarkən orta məktəb sonundakı dəyərləndirmə imtahanlarının nəticələri, universitetə girişdə müəyyən olmalıdır.Milli təhsildə təhsil bərabərliyi təmin olunmalıdır. Universitetlər və bölümləri Türkiyənin ehtiyaclarına görə hazırlanmalıdır.

7.6. Universitetlərin ixtisaslaşmalarına görə , ayrı-ayrı 7(yeddi) bölgədə ,eyni məqsəd altında toplanması üçün lazımi araşdırma və debatlar başladılmalı ,hər universitetdə aspirantların bir birini əvəz etmək ilə vəzifələndirilmələri təmin olunaraq ,Şərqi Anadolu, Cənubi-Şərqi Anadolu, İç Anadolu bölgələrində dörd illik, Qaradəniz, Mərmərə , Ege , Aralıq dənizində isə üç illik, bir ildə hər hansı bir bölgədə uzatma haqqı verilərək Türkiyədə təhsil səviyyəsinin bərabərliyi qismən təmin olunmalıdır. Yenidən eyni formada Sənət Akademiyları qurularaq akademik səviyyədə sənət təhsili verən konservatoriyaların və sənət müəllimi yetişdirən qurumların eyni məqsəd altında olması , bu akademiyalardan məzun olan keyfiyyətli müəllimlərin hər bölgədə istihdamlarının təminatı üçün lazımi araşdırma və debat başladılmalıdır.

7.7. Universitetlərin laboratoriya,təminat bərabərsizliyi ödənməli, universitetlərdə hazırlanan elmi işlərdə tədbqilik nisbəti 50%-dən çox olmalıdır. 

Mədəniyyət və Turizm

Maddə 8.


8.1. Türk Dövlətləri ilə Mədəniyyət və Turizm sahəsində iş birliyi qurulmalıdır.

8.2. Türk Milli Mədəniyyəti, İnsanlıq Mədəniyyəti, Anadolu Mədəniyyəti araşdırılaraq ,qorunmalı, bu mədəniyyətlərin keçmişini təmsil edən yerlərin yağmalanmasının qarşısı alınaraq sit sahələrinə təcavüzlər önlənməlidir.Qanuni tənzimləmələr edilməli və bu mövzudaki hər tədbiq əsas olmalıdır.

8.3. Dövlətin sənət qurumlarının fəaliyyəti ilə əlaqəli sistemdə iş şərtləri milli mənfəətlərə zərər verməyəcək formada yenidən qurulmalı və hazırlanan proyektlərin keyfiyyəti artırılıb, sənətkarların yaradıcılıq gücü və səmərəlilikləri daha üst səviyyəyə çıxarılaraq funksiyalarını qüsursuz etmələri üçün lazımi dəstək təmin edilməlidir.

8.4. Bir millətin kimliyini təşkil edən mədəniyyət və sənəti yaşatma ,rəsmiləşdirmə, inkişaf etdirmə və bu sahələrdə dövlət, özəl sektor universitetlərinin işbirliyi ilə cəmiyyət bilinci qazandırma işləri edilməlidir.

8.5. Turizm də qətiyyətlə elmi biliklər dəyərləndirilməli ,sərmayələr bu elmi biliklərin nəticələrinə görə yönləndirilməlidir.

İdman

Maddə 9.


Ata idman növlərinə və kütlə idman növlərinə özəl önəm verilməli, sərmayələr qoyub yaymalı, bu sahədə yeni idman növləri araşdırılıb və tapılıb tədbiq edilməlidir. Beləliklə idman azlığın deyil ,çoxluğun iştirakı ilə olan bir fəaliyyət halına gəlməlidir.

Türkiyədə ehmal edilən bütün idman növləri dəstəklənməli ,özəlliklə zəka oyunları və təbiət oyunlarına sərmayələr artırılmalıdır.
Türk dövlətləri ilə ortaq idman fəaliyyətləri düzənlənməlidir ,əlaqələr gedərək yoğunlaşdırılmalıdır.

İKİNCİ HİSSƏ.

ƏLAVƏ NAZİRLİKLƏR VƏ MÜŞAVİRLİKLƏR.


Yuxarıda bəhsi keçən mövzular müəyyən öncəliklərlə mövcud nazirliklərdə həll ediləcək olub, bu nazirlikərin vəzifə sahələrinə girməyən, ancaq milli mənfəətlərimiz üçün son dərəcə önəmli olduğuna inandığımız mövzulardaki edilməsi lazımi işləri həyata keçirmək üzərə Strategiya Nazirliyi, Türk Dövlətləri Nazirliyi ilə Su İdarəetmə Müşavirliyi öncədən görülməlidir.

Strategiya Nazirliyi

Maddə 10.


10.1. Milli mənfəətlər istiqamətində iqtisadi, təbii ehtiyatlar , enerji, ətraf mühit, elm və texnologiyanın hər sahəsində ,siyasi , hərbi ,mədəni ,ictimai, təhsil və tarixi sahələrdə mövcud məluatlara əsaslanaraq, qısa-orta və uzun müddətli planlar üçün əlaqəli nazirliklərlə bərabər dairələri qurulmaqdadır.Bu nazirlik yuxarıda vurğulanan sahələri mikro səviyyədə Türkiyə, makro səviyyədə dünya üçün gerçəkləşdirməlidir.

10.2. Strategiya Nazirliyi, 10-20-25-50-100 illik planlar , uzun müddətli dövlət plan və proyektləri hazırlamalı və tədbiqinə başlamalıdır.

10.3. Xarici işlər mövzusunda qısa-orta-uzun müddətli layihələr inkişaf etdirilməli,alınan qərarların bu layihələrlə uyğunluğu qarşılaşdırılmalıdır. Son addımlar Türkiyə Cumhuriyyətinin milli mənfəətləri yönündə olmalıdır.

10.4. Türk Dövlətləri ilə bərabərlik təmin olunmalı, ortaq strategiyalar hazırlanaraq tədbiqinə başlanmalıdır.

Türk Dövlətləri Nazirlikləri

Maddə 11.


“ Bu cəhəti də vurğulamalıyam ki, mən komunist deyiləm. Türk Milliyyətçisiyəm.Belə doğuldum ,belə də öləcəm.TÜRK BİRLİYİnin bir gün həqiqət olacağına inancım vardır. Mən görməsəm də gözlərimi dünyaya onun röyaları içində qapayacam... Eynən Uhud şəhidi Said anektodu kimi... Peyğambərimiz (a.s.m.) yoldaşlarından Said , Uhudda şəhid olaraq ölərkən başına yığılanlara demişdir ki: `Gedin !... Peyğəmbərə deyiniz ki , onun şəhidlərə müjdə verdiyi cənnətləri görürəm və indi oraya getmək üzərəyəm !`Said müslümanlığa bu qədər inanmışdı.Mən də TÜRK BİRLİYİNƏ bundan daha çox inanıram. Onu görurem.Sabahaın tarixi ,yeni bölümlərini TÜRK BİRLİYİ ilə açacaqdır. Dünya sükununu bu bölümlər içində tapacaqdır.Mahmud Qaşqarlının `Divanüllüğati Türkündə` dediyi kimi :`Tanrı;Türkü,insanlıq ,şərirlərdən,şakilərdən xilas olsun deyə yaratdı.`

Mustafa Kemal ATATÜRK

Türk dövlətləri ilə Türkiyə Cumhuriyyətinin bütün əlaqələrini bu nazirliyin idarə edib yönləndirilməsi, əlaqəli nazirliklərlə bərabərliyi təmin etməsi planlanmaqdadır. Bu məqsəd istiqamətində;

11.1. Qırğızıstanın Issık Göl bölgəsinin mərkəz rayonu olan Qaraqolda Türk Dövlətləri ortaq məclisinin qurulması işləri görülməlidir.Bu məclisə hər Türk Dövlətindən nümayəndələr olmalı, iqtisadi ,siyasi ,hərbi .mədəni, təhsil problemlər müzakirə olunaraq ortaq həll tapılıb tədbiq edilməlidir. 

11.2. Bu nazirlik daxilində “Türk Toplulukları Sorunları Genel Müdürlüyü” və “Türk Azınlık Genel Müdürlüyü” qurulmalıdır.

Su İdarəetməsi Müşavirliyi

Maddə 12.


Dövlət Su İşləri Ümumi Müdürlüyünün –elektrik istehsal stansiyaları Enerji və Təbii Ehtiyatlar Nazirliyində qalmaq üzərə- fəaliyyətləri və işçiləri ilə ,”Su İdarəetmə Müşavirliyinə” verilməsi planlanmaqdadır.Su idarəetməsi ilə əlaqəli bütün qanunlar ciddi tədbiq edilməli və fəaliyyətlər ərtələnməlidir. Cəza işləri yenidən gözdən keçirilib geriyə qüvvəsi olan bütün cəza işləri həyata keçiriləlidir.Su İdarəetmə Müşavirliyinin bütün fəaliyyətləri ölkə miqyasında bir məlumat qeydiyyatı istifadə edilərək izlənməlidirş

12.1. Sulama suyunun qənaətli istifadəsini təmin edən yeni üsul və metodlar tədbiq edilərək yayılmalı, “Sulama Siyasətləri” adı altında qanuni tənzimləmələrlə məcburluluq halına gətirilməli,mövcud alt baza yeni üsullar çərçivəsində yenilənməlidir.

12.2. Mövcud su anbarlarının ömürləri uzadılması təmin edilməli , gündəmdə və inşa mərhələsində olan layihələrin keçmişə dönük olaraq planları dəyərləndirilərək fayda-zərər durumuna görə inşaatına qərar verilməlidir. Orta-uzun müddətdə su anbarlar yolu ilə tədbiqatların. Hidroelektrik stansiyalarının yerinə alternativləri tapılmalıdır.

12.3. Şəhər və kənd təsərrüfatı sahələrindəki atılan suların təmizlənərək yenidən istifadəsi təmin edilməlidir.

12.4. Yeraltı və yerüstü sularınnın kirlənməsinə səbəb olan bilməyərək kimyəvi gübrə istifadəsi mövzusunda yeni qanuni tənzimləmələr edilməlidir.

12.5. Su mövzusunda həssas bir ictimai şüurun inkişafı hər şeydən öncə doğru bir təhsil siyasəti ilə başlayır. Kənd təsərrüfatı da daxil olmaq üzərə cəmiyyətin hər təbəqəsində su istifadəsi mövzusunda ciddi hazırlanmış bir təhsil siyasəti tədbiq olunmalı, təhsil müfrədatı bu önəmə uyğun olaraq hazırlanmalıdır. Beləliklə cəmiyyətin doğru maarifləndirməsi sayəsində QHT-lərin köməyi ilə də doğru, fəal və səmərəli olması təmin olunmalı , xarici güclərin QHT-ləri milli mənfəətlərə zidd qərarlar alınmasına icazə verilməməlidir.


Türkçe Kazakça Kırgızca Özbekçe Tacikçe Türkmence

VATANSEVERLER PARTİSİ
Abdullah Cevdet Sok. No: 14 06680 Çankaya / ANKARA
Tel: 0 312 439 1920  Faks: 0 312 439 1928
Web: www.vp.org.tr  E-Posta: ilet@vatanseverlerpartisi.org.tr